02 avqust 2025 13:07
105

Dmitri Gendelman: Makron HƏMAS-a Qəzza ilə bağlı razılaşmadan imtina etmək üçün əsas verdi

Fransa Prezidenti Emmanuel Makron israilli girovları və fələstinli məhbusları azad etməyə çağırışı ilə HƏMAS-a Qəzza zolağındakı vəziyyəti həll etmək üçün razılaşmadan imtina etməyə əsas verdi.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib.

“Makron bir daha mənəvi liderlikdənsə mənəvi korluğu seçdi. Günahsız vətəndaşları müharibə cinayətkarları ilə eyniləşdirən hər hansı bəyanat birbaşa danışıqlara maneədir və terrorçulara hədiyyədir”, - o, teleqram kanalında yazıb.

Gendelmanın fikrincə, Fransa liderinin bəyanatları vasitəçilərin səylərini baltalayır və radikalların mövqelərini gücləndirir. O vurğulayıb ki, Makron HƏMAS-a masadakı təkliflərdən imtina etmək üçün əsas verdi və bu, qruplaşma tərəfindən olan şantajı artırır.