02 avqust 2025 15:17
92

"Ayaks"ın yetirməsi "Karvan-Yevlax"da

Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatıb.

“İki sahil” xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Niderlandlı sağ cinah müdafiəçisi Şaquill Sno ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı oyunçu son olaraq Maltanın “Gzira” klubunun formasını geyinib.

"Ayaks"ın yetirməsi Niderlandda “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv", Rumıniyada “Botosani” və “Mioveni” komandalarında da çıxış edib.