03 avqust 2025 13:54
99

Sumqayıtda bədii gimnastika yarışı start götürüb

Bədii gimnastika üzrə açıq Sumqayıt şəhər birinciliyi start götürüb.

“İki sahil” xəbər verir ki, yarış dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan birincilikdə kiçiklər (2019-2018-ci il təvəllüdlülər), balacalar (2017-2015-ci il təvəllüdlülər), yeniyetmələr (2014-2013, 2012-ci il təvəllüdlülər) və gənclər (2011-2010-cu il təvəllüdlülər) mübarizə aparırlar.

Yarışa bu gün yekun vurulacaq.