03 avqust 2025 14:28
92

"Hayduk"a vurduğum qolu çətin günlər keçirən həmvətənlərimə həsr edirəm

“Zirə”nin futbolçusu İssa Cibrila Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la (Split) cavab görüşü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“İki sahil” xəbər verir ki, oyunda (1:2) yeganə qolu vuran nigerli vinger bunu çətin günlər keçirən həmvətənlərinə həsr etdiyini yazıb:

"Konfrans Liqasında mövsümün sonu. Bu, Konfrans Liqası səyahətimizin sonu oldu. Biz mübarizə apardıq və çox çalışdıq, amma futbolun öz qaydaları var. Bəli, biz məyusuq. Lakin əldə etdiyimiz inkişafa görə fəxr edirik. Səhifəni digərinə çeviririk, bütün diqqətimizi yeni mövsümə yönəldirik. Vurduğum qolu çətin günlər keçirən bütün nigerli həmvətənlərimə həsr edirəm. Allahın gücü və lütfü sizinlə olsun. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Bu, sadəcə təxirə salınmadır!”.

Xatırladaq ki, Bakıdakı görüşdə rəqibi ilə 1:1 heç-heçə edən "Zirə" səfərdəki cavab matçında 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.