03 avqust 2025 17:52
100

Sumqayıtda 52 yaşlı qadının meyiti aşkarlanıb

Sumqayıt şəhərində 52 yaşlı qadın ölü tapılıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin “Kotec” qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

1973-cü il təvəllüdlü Fərziyeva Mehparə Səadət qızının meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.