04 avqust 2025 16:19
107

BP Braziliyanın Santos hövzəsində kəşfiyyat quyusu qazıb

Britaniyanın BP neft şirkəti Braziliyanın Santos hövzəsindəki Bumeranqe yatağında kəşfiyyat quyusu qazıb.

“İki sahil” xəbər verir ki, bu barədə BP-nin press-relizində bildirilib.

Bu yataq şirkətin son 25 ildə istismar etdiyi ən böyük yatağıdır.

Laboratoriya sınaqlarına başlanılıb. Şirkət qeyd edib ki, tənzimləyici orqanlar tərəfindən təsdiqləndikdən sonra növbəti qiymətləndirmə işləri planlaşdırılır.

Yataq Rio-de-Janeyrodan 404 km məsafədə, 2,3 km-dən çox su sütununun altında yerləşir.