04 avqust 2025 18:16
105

Aİ-nin Ukraynaya ayırdığı 6,6 milyard avroluq yardımın dondurulmasının səbəbi...

Macarıstanın siyasəti Aİ-nin Ukraynaya ayırdığı 6,6 milyard avroluq yardımın dondurulmasına səbəb olub.

“İki sahil” xəbər verir ki,  bu sözləri EUobserver-ə müsahibəsində Aİ-nin keçmiş diplomatiya rəhbəri Josep Borrell deyib.

Borrell bildirib ki, o, vəzifəsini tərk etdikdən sonra Ukrayna ittifaqdan heç bir yeni hərbi yardım almayıb.

"Macarıstana görə Avropa Sülh Fondundan 6,6 milyard avro dondurulub"- deyə Borrell bildirib.