04 avqust 2025 17:41
110

"Reuters": Avstraliyaya yağan qar 1980-ci illərin ortalarından bəri rekord həddə çatıb

Avstraliyanın şərqindəki şəhərlər 1980-ci illərin ortalarından bəri ən güclü qar yağışına məruz qalıb. Pis hava şəraiti daşqınlara, elektrik şəbəkələrinin sıradan çıxmasına və geniş yayılmış fövqəladə hallara səbəb olub.

“İki sahil” xəbər verir ki,  bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, bəzi ərazilərdə qar örtüyü 40 sm-ə çatıb ki, bu da onilliklərin rekordudur.

Binalara ziyan dəyib, yollar su altında qalıb, 100-dən çox avtomobil qarda qalıb. 10 minə yaxın ev işıqsız qalıb.

Ekspertlər ekstremal hava hadisələrinin artmasını iqlim dəyişikliyi ilə əlaqələndirirlər.