04 avqust 2025 19:42
107

Beyrut limanında partlayışla bağlı araşdırma ilin sonuna qədər tamamlana bilər

Beyrut dəniz limanında beş il əvvəl baş vermiş fövqəladə vəziyyətin səbəblərini araşdıran müstəqil komissiya ilin sonuna qədər işini başa çatdıra bilər.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS-a Livan prokurorluğundakı mənbə məlumat verib.

"Biz gözləyirik ki, ilin sonuna qədər komissiyaya rəhbərlik edən hakim Tarek Bitar ittiham aktını hazırlayıb təsdiq olunmaq üçün respublikanın baş prokuroru Camal Həccara təqdim edəcək", - mənbə bildirib.

Onun sözlərinə görə, müstəntiq böyük iş görüb və son mərhələyə çatıb. Qeyd edək ki, 4 avqust 2020-ci ildə baş verən hadisə 1500 ton trotil gücünə bərabər güclə tarixdə ən böyük qeyri-nüvə partlayışlarından biri kimi tanınır.