ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı səbirsizlik nümayiş etdirir və bu, Rusiya prezidenti Vladimir Putinin əlini gücləndirə bilər.
“İki sahil” xəbər verir ki, bu rəyi Bloomberg agentliyi yayıb.
Agentlik qeyd edir ki, Tramp sonda Ukraynadakı münaqişədən uzaqlaşa bilər ki, bu da Kiyev və onun avropalı müttəfiqləri üçün risk yaradar.
“Bu, Putinə Trampın səbirsizliyini Rusiyanın xeyrinə çevirməyə imkan verəcək”, - məqalədə qeyd edilir.
Bundan əvvəl Almaniyanın “Die Tageszeitung” qəzeti yazıb ki, Trampın Ukraynadakı münaqişənin sona çatması ilə bağlı ultimatumu Putini geri çəkilməyə məcbur etməyəcək.