05 avqust 2025 08:35
91

Avstraliya Yaponiyadan 6 milyard dollarlıq hərbi gəmi alır

Avstraliya hökuməti Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkətindən 11 ədəd yeni nəsil freqat almağa qərar verib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Riçard Marls məlumat verib.

Nazir bildirib ki, layihənin ümumi dəyəri 6 milyard dollar təşkil edir və bu müqavilə köhnəlmiş “Anzac” tipli gəmiləri əvəzləmək məqsədi daşıyır.

Riçard Marls qeyd edib ki, bu saziş Avstraliya ilə Yaponiya arasında müdafiə sənayesi sahəsində imzalanmış ən böyük müqavilədir.