05 avqust 2025 09:32
90

Futbolçu klubu özbaşına tərk etdi, ölkəsinə qayıtmadı

Ukrayna “Krivbas”ının qapıçısı İqor Omelçenko Sloveniyada təlim-məşq toplanışında komandanın düşərgəsini tərk edib və Ukraynaya qayıtmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Krivbas” klubu təsdiqləyir ki, İqor Omelçenko doğrudan da Sloveniyada keçirilən toplanış zamanı düşərgəni özbaşına tərk edib və komanda ilə birlikdə Ukraynaya qayıtmayıb. Klub futbolçu ilə əlaqə saxlayıb, lakin o, “Krivbas”a qayıtmaqdan imtina edir.

“Krivbas” futbolçunun komandaya qaytarılması üçün bütün zəruri tədbirləri görməyə davam edir və bu məsələ ilə bağlı aidiyyəti orqanlarla əlaqə saxlayır. Klub vəziyyətlə bağlı Ukrayna Premyer Liqasını da məlumatlandırıb.

Futbolçunun klubla qüvvədə olan müqaviləsi hələ bir il müddətinə qüvvədədir. Biz İqor Omelçenkonu müqavilə öhdəliklərinə qayıtmağa çağırırıq”, – deyə klubun açıqlamasında deyilir.

İqor Omelçenko 19 yaşındadır və hazırda “Kryvbas” sistemində U-19 komandasının tərkibində çıxış edir.

Onun Ukraynadakı müharibəyə görə ölkəyə qayıtmadığı bildirilir.