07 avqust 2025 11:57
195

Qəzza zolağından Somaliyə köçün modeli hazırlanıb

İsrailli iş adamları fələstinlilərin Qəzza zolağından Somaliyə köçürülməsinin modelləşdirilməsi üçün Boston Consulting Group konsaltinq şirkətinə həvalə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” layihə ilə tanış olan şəxslərə istinadla məlumat yayıb.

“Boston Consulting Group-un məsləhətçiləri müharibədən sonrakı Qəzza zolağı ilə bağlı layihənin bir hissəsi kimi fələstinlilərin Somali və Somalilandda məskunlaşdırılmasını modelləşdiriblər”, – deyə, məqalədə qeyd edilir.

Bununla yanaşı, fələstinlilərin Qəzza zolağından BƏƏ, Misir və İordaniyaya köçürülməsi ssenariləri təqdim edilib.

Nəşrin mənbəsi əlavə edib ki, ev sahibi ölkələr bu ssenarilərdən “iqtisadi faydalar” əldə edəcəklər.