08 avqust 2025 08:08
106

İtaliyanın Baş naziri üç ölkənin liderləri ilə telefon danışıqları aparıb

İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri ilə telefon danışıqları aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Bildirilir ki, Ciorcia Meloninin Donald Tramp, Volodimir Zelenski və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığında Ukraynadakı müharibə müzakirə olunub.

İtaliyanın Baş naziri atəşkəsə nail olmaq üçün davam edən səylərin, Ukraynada ədalətli və davamlı sülhü təmin edəcək danışıqlar yolunun, xüsusən də ABŞ-ın irəli sürdüyü ən son diplomatik təşəbbüslərin əhəmiyyətini qeyd edib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə söhbət zamanı, həmçinin Qəzzaya humanitar yardımın çatdırılmasındakı əməkdaşlıq, zolaqda davam edən əsassız humanitar böhrana son qoymaq üçün hərbi əməliyyatların dərhal dayandırılması, girovların azad edilməsi, yardıma tam və maneəsiz çıxışın zəruriliyi vurğulanıb.