08 avqust 2025 10:37
108

Qazaxıstan və Rusiya atom elektrik stansiyasının tikintisinə başlayıb

Qazaxıstan və Rusiya nümayəndələri Ulken kəndində atom elektrik stansiyasının tikintisinə başlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əvvəl Qazaxıstan avqustun 8-də Almatı vilayətinin Ulken kəndi yaxınlığında Rusiyanın ölkədə ilk AES-in tikintisinə başlanılması mərasimini elan edib.

İyun ayında xəbər yayılmışdı ki, Rosatom Qazaxıstanda atom elektrik stansiyasının tikintisi üzrə konsorsiuma rəhbərlik edəcək.