08 avqust 2025 08:26
100

Monakoda azyaşlılara elektrikli velosiped və skuter qadağan edilib

Monako hökuməti 14 yaşından kiçik uşaqlara ictimai yollarda elektrikli velosiped və skuter sürməyi qadağan edib.

“İki sahil”in “Monaco-Matin” qəzetinə istinadla verdiyi xəbərə görə, dəyişikliklər ölkənin yol hərəkəti qaydalarına daxil edilib.

Nazirlər Kabineti bildirir ki, elektrikli fərdi nəqliyyat vasitələri üçün yeni təhlükəsizlik standartları uşaqların səyahətini daha təhlükəsiz edəcək.

14–18 yaşlı yeniyetmələr isə bu nəqliyyat vasitələrindən yalnız müəyyən şərtlərlə istifadə edə biləcəklər: onlar yol hərəkəti qaydaları üzrə məcburi kurs keçməli, sertifikat almalı və hər dəfə minərkən dəbilqə taxmalıdırlar.

Qanuna görə, artıq 12 yaşdan kiçik uşaqların böyüklərin nəzarəti olmadan ictimai yollarda adi velosiped sürməsi də qadağan edilib.