Azərbaycanın kişil cüdoçulardan ibarət millisi Quba Olimpiya İdman Kompleksində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb ediliblər.
“İki sahil” Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqlərin birinci hissəsi fiziki hazırlığa, ikinci mərhələsi isə tatami üzərində texniki-taktiki çalışmalara həsr olunur.
Toplanışa performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, həmçinin fiziki hazırlıq üzrə böyük məşqçi Həsrət Məhəmmədov rəhbərlik edirlər.
Təlim düşərgəsi VI İslam Həmrəyliyi Oyunları və qarşıdakı digər beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.
Milli komanda hazırlığın növbəti hissəsini Bakıda davam etdirəcək. Ardınca cüdoçular sentyabrın 6-19-u aralığında Braziliyanın San-Paulu şəhərində təşkil olunacaq beynəlxalq toplanışda iştirak edəcəklər.
Qeyd edək ki, millinin son məşqini Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə Qubada keçirilən beynəlxalq yay düşərgəsinin iştirakçıları izləyiblər.