08 avqust 2025 12:35
101

Rasim Balayev 77 yaşında

Bu gün Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin doğum günüdür. 

“İki sahil” xəbər verir ki, sənətçi 77 yaşını qeyd edir. 

Xatırladaq ki, R.Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub.

Aktyor “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi məşhur filmlərdə canlandırdığı obrazları ilə sevilir. O, 1976-cı ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adları ilə, 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə isə “İstiqlal” ordeni ilə təltif olunub.