08 avqust 2025 16:14
113

Kolleclərə qəbulun nəticələri açıqlandı

9 illik təhsil bazasından kolleclərə qəbulun nəticələri açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. 

Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.