08 avqust 2025 17:04
135

Culfa rayonunun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Culfa Rayon Mədəniyyət Sarayında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Culfa rayonunun yaradılmasının 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirə rayonun idarə və müəssisələrinin rəhbər heyəti, əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə və Azərbaycanın dövlət himninin səsləndirilməsi başlayıb.

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova çıxış edərək bildirib ki, ”Bu gün bizim üçün çox əlamətdar bir gündür. Culfa rayonunun yaradılmasının 95 illiyini qeyd edirik. Bu yubiley təkcə bir tarix deyil, bütöv bir yolun, zəhmət və zəfərlərin, inkişafın, eyni zamanda həmrəyliyin və milli dəyərlərə sadiqliyin təntənəsidir”.

Yubiley tədbirində rayonda müxtəlif sahələrdə fərqlənən bir sıra şəxslər və kollektivlər plaketlərlə təltif ediliblər. Azərbaycan ədəbiyyatına, mədəniyyətə, səhiyyəyə, kənd təsərrüfatına, sosial sahəyə, musiqi və rəqs sənətinə verdikləri dəyərli töhfələrə görə Fərəcov Fərəc Rza oğlu, Cəfərov Ədalət Cəfər oğlu, Nəcəfov Xanlar Hüseyn oğlu, Bayramova Çiçək Yunis qızı, Məmişov Elmar Sabit oğlu, Culfa Rayon Mədəniyyət Sarayının “Gənclik” instrumental ansamblı və Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Xarı bülbül” rəqs qrupu mükafatlandırılıblar.

Təltiflərdən sonra bədii hissəyə keçilib, tədbir iştirakçıları üçün şən musiqi proqramı təqdim olunub.