09 avqust 2025 08:00
136

Kamçatkada zəlzələ baş verib

Seysmoloqlar son 24 saat ərzində Rusiyanın Kamçatka yarımadasında 43 yeraltı təkan qeydə alıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, müvəqqəti yerləşdirmə mərkəzləri Petropavlovsk-Kamçatski və Vilyuçinskdə fəaliyyətini davam etdirir. Son 24 saat ərzində onların içərisində 61 nəfər olub.

İyulun 30-da Kamçatkada zəlzələ baş verib. Zəlzələnin maqnitudası 8,8-ə çatıb, bu seysmik hadisə 1952-ci ildən bəri regionda ən güclü zəlzələ olub. Diyar sakinlərinə sunami təhlükəsi barədə xəbərdarlıq edilib, Severo-Kurilsk rayonunda fövqəladə vəziyyət elan edilib.