Bu ilin yanvar-iyul ayları ərzində 32,6 min şəxsə əlillik təyin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, onlardan 14,5 min şəxsə ilkin, 18,1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.