09 avqust 2025 17:07
138

Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb

Livanın cənubunda Tir şəhəri ətrafında silah anbarında sursat partlayışı nəticəsində ən azı altı yerli hərbçi ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış “Hizbullah”a məxsus silah anbarının sökülməsi zamanı baş verib.

Bildirilib ki, hadisə yerinə təcili yardım maşınları gəlib.