İspaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı iki nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə “Cadena SER” radiostansiyası məlumat yayıb.
Məlumata görə, insident yerli vaxtla saat 11:30 radələrində Valensiya muxtariyyətində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər qəzadan sonra yaranan alovu söndürüblər.
Qəzanın səbəbləri məlum deyil.
Mülki Qvardiya hadisə ilə bağlı araşdırma aparacaq.