Rusiyanın Arzamas şəhərinə dron hücumu zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin “Telegram” kanalında bildirib.
"Bu gecə Ukrayna PUA-ları Nijni Novqorod vilayətində iki sənaye zonasına hücum edib. Təəssüf ki, Arzamasda hücumu dəf edərkən insan tələfatı və zərərdən qaçmaq mümkün olmayıb. Bir əməkdaş yerindəcə ölüb, iki yaralı xəstəxanaya çatdırılıb", - o qeyd edib.
Rusiyanın “Telegram” kanalları Arzamas cihazqayırma zavoduna endirildiyi ehtimal olunan dron zərbələrinin video və fotolarını yayımlayıb, yerli sakinlər ümumilikdə ən azı 10 partlayışın olduğunu bildiriblər.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində hava hücumundan müdafiə qüvvələrinin 32 Ukrayna PUA-sını vurduğu barədə məlumat yayıb.