11 avqust 2025 12:32
130

ADY: Rayonlararası marşrutlar üzrə qatarların qrafikində dəyişikliklər edilib

Bu gündən etibarən Bakı-Balakən-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Qazax-Bakı marşrutu üzrə sərnişin qatarları yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərir.

“İki sahil” xəbər verir ki,  bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb Bakı–Keşlə sahəsində aparılan təmir işləridir.