12 avqust 2025 09:45
160

Bəxtin beləsi - ABŞ sakini bir ayda iki dəfə cekpot qazanıb

Şimali Karolina (ABŞ) sakini bir ay ərzində iki dəfə cekpot qazanaraq, ümumilikdə 2,25 milyon dollar əldə edib.

“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, Uillou-Spring şəhərindən olan Cennifer Klyaynendorst iyun ayında ani lotereyasında 250 min dollar udmuşdur. Bir ay sonra onun şansı yenidən gətirdi - iki milyon dollar məbləğində mükafat qazandı.

Cennifer 20 il ərzində aylıq 100 min dollar hissə-hissə ödəniş ala bilsə də, birdəfəlik ödəniş seçdi və bir anda 1,2 milyon dollar götürdü.