UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda "Qarabağ" və Şimali Makedoniyanın “Şkendiya" komandaları arasında keçiriləcək cavab oyununa satılan biletlərin sayı açıqlanıb.
“İki sahil” xəbər verir ki, Ağdam təmsilçisindən verilən məlumata görə, artıq qarşılaşma üçün 25 min bilet satılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti, müvafiq olaraq, 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
Qeyd edək ki, bu gün oynanılacaq "Qarabağ" - "Şkendiya" görüşü saat 20:00-da start götürəcək. İlk matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.