Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında italiyalı idmançı Mattia Debertolis vəfat edib.
“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, o, 29 yaşında həyatını itirib.
Səmti müəyyən etmə növündə mübarizə aparan atlet avqustun 8-də, səhər saatlarında qaçış zamanı huşunu itirib.
O, yerli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.