Zəhra Erşadi İran Xarici İşlər Nazirliyinin Şimali və Cənubi Amerika üzrə Departamentinin baş direktoru təyin olunub.
“İki sahil” xəbər verir ki, bununla əlaqədar İran xarici işlər naziri Seyid Abbas Araqçi qərar verib.
Zəhra Erşadi bundan öncə İranın Nyu-Yorkdakı daimi nümayəndəliyinin rəhbər müavini və səfiri vəzifəsində çalışıb.
İran xarici işlər naziri həmçinin Əlirza Hedayətpuru Xarici İşlər Nazirliyinin İctimai Diplomatiya Mərkəzinin direktor müavini və Əlirza Miryusifini həmin mərkəzin direktorunun əcnəbi KİV-lər üzrə müavini təyin edib.