Çin Litvanın UAB Urbo Bankas və AB Mano Bankas banklarına məhdudiyyətlər qoyub.
“İki sahil” xəbər verir ki, Çin Ticarət Nazirliyi bunu Çin maliyyə institutlarının 18-ci anti-Rusiya sanksiyalar paketinə əlavə edilməsinə cavab adlandırıb.
"Çin iki Aİ bankını, UAB Urbo Bankas və AB Mano Bankas-ı əks tədbirlər siyahısına əlavə etmək qərarına gəlib, Çində hüquqi və fiziki şəxslərin müvafiq əməliyyatlar həyata keçirməsini və onlarla əməkdaşlıq etməsini qadağan edib", - deyə, nazirliyin rəsmi nümayəndəsi bildirib.
Çin ümid edir ki, bu addım Avropa ölkələrini Çinlə “uzunmüddətli əlaqələri qorumağa” və beynəlxalq arenada “səhv təcrübələrə” son qoymağa təşviq edəcək. Sanksiya siyahısının bu şəkildə genişləndirilməsi ÇXR-in xarici sanksiyaların qadağan edilməsi haqqında qanununa uyğun olaraq həyata keçirilib.
İyulun 19-da Aİ 18-ci anti-Rusiya sanksiyalar paketini qəbul etdi ki, bu da digər məsələlərlə yanaşı, Çin bankları Suifenhe Rural Commercial Bank və Heihe Rural Commercial Bank-a təsir edib.