Ermənistan hökumətinin başçısı Nikol Paşinyan avqustun 15-də Qırğızıstanda keçiriləcək Aİİ Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. O, Radar.am portalına müsahibəsində qeyd edib ki, Paşinyan məzuniyyətdədir.
Bazar ertəsi, avqustun 11-də Rusiya prezidenti Vladimir Putin və Paşinyan iki ölkənin Aİİ çərçivəsində işini müzakirə ediblər.