13 avqust 2025 15:36
182

Bu il 1200-dən çox miqrant boğulub

BMT-nin məlumatına görə, bu ilin əvvəlindən dəniz yolu ilə Avropaya çatmağa çalışan ümumilikdə 1212 qeyri-qanuni miqrant ölüb. Ən çox - 675 nəfər - Aralıq dənizinin mərkəzini keçərkən həlak olub. 250 nəfər - Afrikanın qərb sahili boyunca Atlantik okeanının sularında boğulub. Aralıq dənizinin qərbində 155 nəfər, şərq hissəsində isə 132 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Bildirilir ki, qeyri-qanuni miqrantlar dəniz yolu ilə İspaniya, İtaliya və Yunanıstan sahillərinə çatmağa çalışır, orada ya sığınacaq almaq ümidi ilə hakimiyyətə təslim olurlar, ya da quru yolu ilə ölkə daxilində hərəkət etməyə çalışırlar.