13 avqust 2025 19:39
126

Türkiyədə yenidən zəlzələ olub

Türkiyənin Osmaniye bölgəsində 4,1 maqnitudada zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Yeraltı təkanın ocağı 5 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.