13 avqust 2025 19:40
123

Aİ, ABŞ və Ukrayna liderləri Tramp-Putin görüşünə hazırlığı müzakirə ediblər

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və NATO-nun Baş katibi Mark Rutte “X” sosial şəbəkə hesablarında ABŞ Prezidenti, Ukrayna Prezidenti və bir sıra Avropa liderləri ilə birgə telefon danışığı apardıqlarını açıqlayıblar.

Bu barədə “İki sahil” onların “X”dəki paylaşımlarına istinadla xəbər verir.

Fon der Lyayenin sözlərinə görə, tərəflər Alyaskada keçiriləcək ikitərəfli görüşü müzakirə edib və Ukrayna ilə bağlı Avropa, ABŞ və NATO-nun ümumi mövqeyinin gücləndirilməsini təsdiqləyiblər.

“Biz sıx koordinasiyanı davam etdirəcəyik. Heç kim sülhü bizdən daha çox istəmir - ədalətli və davamlı sülhü”, - o əlavə edib.

Mark Rutte isə qeyd edib ki, müttəfiqlər Ukraynaya qarşı müharibəni dayandırmaq və ədalətli və davamlı sülhə nail olmaq istəyində yekdildirlər. “Trampa liderliyinə və tərəfdaşlarla qarşılıqlı fəaliyyətinə görə minnətdarıq. Top indi Putindədir”, - o bildirib.