Qazaxda meşəlik ərazidə yanğın başlayıb.
“İki sahil” xəbər verir ki, Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.
Məlumata görə, yanğın Cəfərli kəndi ərazisində başlayıb, sonradan Xanlıqlar kəndinə keçib.
Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir. Əraziyə iki helikopter cəlb olunub.