14 avqust 2025 22:35
87

Onun üçün 20 milyon təklif edildi

"Roma" vinger Ceydon Sançonun transferi üçün "Mançester Yunayted"ə rəsmi təklif göndərib. 

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Canavarlar” ingiltərəli cinah hücumçusunun tam transferi üçün 20 milyon funt sterlinq (təxminən 23,2 milyon avro) ödəməyə hazırdır. Klub həmçinin sonradan alınma şərti ilə icarə variantını da nəzərdən keçirir.

Qeyd edək ki, Ceydon Sanço 2021-ci ilin yayından "Mançester Yunayted"in futbolçusudur. Bu müddətdə hücumçu bütün turnirlərdə 83 oyuna çıxıb, 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.