01 noyabr 2016 20:45
426

Mətanət İsgəndərli: Kürəkənimə ev, maşın...

“Kürəkənimə nə ev, nə maşın alaram. Qız verirəm, üstündə hələ maşın, ev də bağışlayım?”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Mətanət İsgəndərli deyib. 

“5/5” verilişinə qonaq olan müğənni bildirib ki, kürəkəninə heç vaxt bahalı hədiyyələr verməz:

"Elə kürəkən ailənin qədrini bilməz. Mənim təcrübəm var, beləsini görmüşəm. O kürəkən heç kimə dəyər verməz".

M.İsgəndərli avtomobil idarə edə bilmədiyini söyləyib: 

“Maşın sürə bilmirəm, sürücü ilə gəzirəm. Həyatda ən böyük arzum maşın sürməkdir”. 

Qeyd edək ki, M.İsgəndərlinin bir oğlan, bir qız övladı var.