15 avqust 2025 11:47
106

DİN: Ötən gün 51 kiloqramdan artıq narkotik vasitə götürülüb

Avqustun 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 51,1 kiloqram olan narkotik vasitə və 1445 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 1300 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bu barədə “İki sahil”ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu sahədə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.