15 avqust 2025 15:17
116

AHİK-in istirahət  və müalicə mərkəzlərində yaratdığı əsaslı yeniliklər məmnunluq hissi doğurur

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov müalicə aldığı Buzovna Fizioterapiya mərkəzində yaradılmış yüksək xidmət, şəffaflıq və peşəkarlıq, müalicə mütəxəssislərinin fəaliyyətindəki yeniliklərə dair fikirlərində bildirib.

“İki sahil” xəbər verir ki,  o, e-ahik Elektron Rezervasiya sistemi vasitəsilə rahat şəkildə Buzovna Fizioterapiya Mərkəzinə yollayış aldığını vurğulayıb.

Hazırda bu xidmətlərin şəffaf və əlçatanlığına münasibət bildirən alim qeyd edib ki, yaradılmış şərait böyük zəhmətin nəticəsidir və müasir tələblərə cavab verir. Həmçinin burada bir çox həmkarlarının da yeniliklərdən və göstərilən xidmətlərdən məmnun qaldıqlarının şahididir.

Alim vurğulayıb ki, islahatlar üzvlərin xidmətlərdən rahat istifadə etməsinə imkan yaratdığı kimi, həmçinin bütün həmkarları da öz fəaliyyətləri ilə  prosesə dəstək olmalıdırlar. Çünki şəffaflıq və əlçatanlıq prinsipinə əsaslanan belə fəaliyyət Cənab Prezidentin qarşıya qoyduğu islahatlar konsepsiyasının önəmli tərkib hissəsidir.