16 avqust 2025 16:08
179

Yazıçı Vidadi Babanlı vəfat edib

Əməkdar incəsənət xadimi Vidadi Babanlı vəfat edib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Şərəf" ordenli V.Babanlı bu gün 98 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V.Babanlı "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü idi.