17 avqust 2025 17:09
133

Ukrayna Rusiyanın Voronej vilayətindəki sursat təchizatı mərkəzinə zərbə endirib

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) əməliyyatı nəticəsində Rusiyanın Voronej vilayətindəki Liski dəmiryol stansiyasında cəbhəyə döyüş sursatının verilməsi üçün istifadə edilən infrastruktura zərbələr endirilib.

İki sahil” xəbər verir ki, İdarədəki mənbəsinin Ukrinform-a verdiyi məlumata görə,əməliyyat avqustun 17-də Dövlət Sərhəd Xidmətinin bölmələri və Ukrayna Müdafiə Qüvvələrinin digər bölmələri ilə birgə həyata keçirilib.

Mənbə bildirib ki, nəticədə stansiyadan keçən dəmir yolu hərəkəti dayandırılıb, sursatların və rusiyalı personalın tədarükünü dayandırıb.

Mənbə əlavə edib ki, Liski stansiyası Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində fəaliyyət göstərən Rusiya qüvvələri üçün əsas logistika mərkəzidir.

Bundan əvvəl Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiyanın Bryansk vilayətində neft nasos stansiyasına zərbələr endirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”