18 avqust 2025 16:26
111

Vens də həmin görüşdə iştirak edəcək

ABŞ-ın vitse-prezidenti J.D.Vens prezidentlər Donald Tramp və Vladimir Zelenski arasında bu gün Vaşinqtonda keçiriləcək görüşdə iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "ABC News" mənbələrinə istinadla məlumat yayıb. Vitse-prezidentin ikitərəfli görüşdən sonra planlaşdırılan bir sıra Avropa liderləri ilə danışıqlarda iştirak edəcəyi daha əvvəl bildirilmişdi.

Prezidentlər Ukrayna münaqişəsinin həlli planını müzakirə etmək niyyətindədirlər. NBC telekanalının məlumatına görə, danışıqlarda Ukrayna üçün təhlükəsizlik zəmanətləri mövzusuna da toxunulacaq.