18 avqust 2025 16:38
86

Lukaşenkodan turizmlə bağlı göstəriş

Belarus prezidenti Aleksandr Lukaşenko turist axınını artırmaq üçün ölkədə xidmətlərin keyfiyyətinin yüksəldilməsi və qonaqpərvərlik sənayesinin infrastrukturunun daha da inkişaf etdirilməsi zərurətini açıqlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə BELTA məlumat yayıb.

Bu barədə o, hökumət üzvləri ilə görüşündə bildirib.

BELTA Lukaşenkonun sözlərini sitat gətirir: “Mən açıq deyəcəyəm: əgər tarakanlar otellərdə divarlar boyunca və çarpayıların altında sürünsələr, bura heç bir turist gəlməyəcək”.

O bildirib ki, elə bir xidmət səviyyəsi göstərilməlidir ki, belaruslular öz ölkələrində daha tez-tez istirahət etməyi seçsinlər.