Artıq xeyli müddətdir ki, katalikos II Qareginlə baş nazir Nikol Paşinyanın “süpürləşməsi” davam edir. Bildirildiyinə görə, xəzinəsində 100 milyard dollar pulu olan kilsənin himayədarları da çoxdur. Ölkənin daxilində və xarici ölkələrdə yaşayan daşnak əqidəli ermənilərin hamısı kilsəni müdafiə etməkdədir. Onlar hakimiyyətdən Rusiyanın “çətirinin altına” qayıtmağı, “böyük Ermənistan” iddialarından əl çəkməməyi, Avropa və Qərblə əlaqələri kəsməyi, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından geri durmamağı tələb edirlər. Bu çəkişmə yeddi ildir ki, yüksələn xətlə davam etməkdədir. Münaqişələrin ssenarisini yazan rəsmi Moskva təbii ki, hakimiyyəti devirmək istəyənlərin-daşnakların və revanşistlərin yanındadır. “Qırmızı imperiyaya” bu iki dövlətin daim düşmən olaraq qalması lazımdır. Rusiya ciblərini pulla doldurduğu milyarderlər Ruben Vardanyanla Samvel Karapetyanı İrəvana “ezam” edərək çevriliş planları hazırlasa da, əlində real hakimiyyət olan baş nazir Nikol Paşinyan qabaqlayıcı tədbirlərlə təhlükələri neytrallaşdıra bildi. Həm də onun və ölkəsinin təhlükəsizliyi məsələsində Avropadan yığılıb gəlmiş müşahidə missiyası adlandırılan müxtəlif hərbi kəşfiyyat ixtisaslı mütəxəssislərin mühüm xidmətləri var. Bu səbəbdən də düşmənləri Nikol Paşinyanın qarşısında bir-bir məğlub olurlar. Rusiyanın çevriliş üçün göndərdiyi iki rezidentin biri Bakıda, digəri isə İrəvanda dəmir barmaqlıqlar arxasındadır. Hakimiyyətdən narazılar arasında həbsə atılan daşnak əqidəli keşişlər də var. Onlar törətdikləri konkret cinayətlərə görə həbs olunublar.
Bu günlərdə Erməni Apostol Kilsəsi (ERK) həbsdə olan və Rusiyanın məqsədli şəkildə göndərdiyi Samvel Karapetyanın və rahib Baqrat Qalstanyanın Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanın həbs müddətinin uzadılmasına etirazını bildirib. Lakin Nikol Paşinyan düşmənlərini arqumentlərlə zərərsizləşdirməyi bacarır. Bu isə hakimiyyətdən narazı olanları daha da qıcıqlandırır, ona “satqın”, “türk küçüyü” və s. təhqiramiz epitetlər yapışdırırlar.
Ermənistan mətbuatına istinadən xəbər verilir ki, kilsə özünə aid olmayan məsələlərə müdaxilə edərək qanunu pozur. Kilsə ölkənin istintaq-məhkəmə sistemini kəskin tənqid edərək, həbsdə olanların dərhal azadlığa buraxılmasını tələb edib: “Arxiyepiskop Mikael Ajapaxyanın, rahib Baqrat Qalstanyan və milli xeyriyyəçi Samvel Karapetyanın həbs müddətinin uzadılması ilə məhkəmə ədalət prinsiplərini növbəti dəfə pozdu, məhkəmələrin hakimlərinin siyasi hakimiyyətdən tam asılılığını bir daha nümayiş etdirdi”.
Erməni cəmiyyətində sözlərinin üstünə söz deyilməyən ərköyün keşişlərin birdən-birə rəzil vəziyyətə salınması onu göstərir ki, din əvvəllərdə olduğu kimi dövlətə heç bir təsir göstərə bilmir. Yəni keşişlərin hökmranlığına son qoyulub. Lakin mövqeyindən bərk yapışan, onu əldən vermək istəməyən Ktrıç Nersisyan (II Qaregin) ölkəsinin ziyanına hətta casusluğa qədər rəzilliyə əl atır. O, bilərəkdən aranı qarışdırır, insanları hakimiyyətə qarşı itaətsizliyə çağırır. Ancaq baş keşiş hər vaxt Paşinyanın cüt barmaqlarını gözlərinin önündə görür.
Bu ilin iyul ayında isə hakimiyyətə yaxın “Telegram” kanallarında katalikos II Qareginə qarşı ciddi ittihamlar yayılıb. Həmin mənbələrin iddialarına görə, Ktriç Nersisyan 1979-cu ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin agenti kimi ifşa olunub, bu isə onun hazırda Rusiya xüsusi xidmət orqanları – FSB və ya SVR-lə əlaqədə olması ehtimalını artırır. Orada göstərilir ki, katalikos seçkiləri zamanı rəqiblərinin müəmmalı şəkildə aradan götürülməsi, kilsədə apardığı “təmizləmə” əməliyyatları və qardaşı Mkrtıç Nersisyanı Moskvada yüksək vəzifəyə gətirməsi suallar doğurur. Deməli, irəli sürülən ittihamların əsası var. Bütün bunlar göstərilən hansısa xidmətlərin müqabilində verilib. Yəni sadə el məsəlində deyildiyi kimi, “Od olmayan yerdən tüstü çıxmaz.”
Bir məlum həqiqət də var ki, rus çarları həmişə erməni keşişlərinə hörmət göstərmiş, yalnız onların razılığı ilə qondarma dövlətə rəhbərlər təyin etmişlər. Birinci Dünya müharibəsi ərəfəsində katalikos IV Gevorqla Rusiya çarı II Nikolayın görüşünü xatırlamaq buna ən yaxşı sübutdur. Həmin görüşdə IV Gevorq xahiş edirdi ki, çar hökuməti Azərbaycan torpaqlarında toplum halda yaşayan ermənilər üçün dövlət qursun. Düzdür, söz versə də, II Nikolayın bu işi görməyə ömrü çatmadı, əvəzində hakimiyyəti ələ keçirən bolşevik Vladimir Lenin bu cinayəti həyata keçirdi. Bir sözlə, erməni din xadimləri Ermənistanı həmişə Rusiyanın himayəsində görmək istəmişlər.
Odur ki, kilsənin müstəqil Ermənistanın əleyhinə çıxması heç də təsadüfi deyil. Azadlığı və həqiqəti görmək istəməyən erməni kilsəsi əmin olduğunu bildirib ki, Ermənistanda məhkəmələr söz və dini etiqad azadlığının boğulması alətinə çevrilir: "Bu davranış tərzi totalitar sistemlər üçün xarakterikdir və hakimiyyətin elan etdiyi demokratik dəyərlərlə heç bir əlaqəsi yoxdur. Kilsə, ruhanilər və kilsə tərəfdarlarına qarşı tətbiq edilən repressiya və informasiya terroru vicdan və ədalətin səsini boğa bilməz."
Açıq görünür ki, Ktrıç Nersisyanın başçılıq etdiyi mövhumat yuvası müharibə, soyqırım, işğal və qan tökülməsi tərəfdarı ola-ola vicdan və ədalətdən dəm vurur. Din “xadimləri” azadlıq istəyən xalqına və hakimiyyətinə şər ataraq onu “totalitar rejim” adlandırmaqdan çəkinmirlər. İnsan qanı axıtmağa daim hazır olan yaramaz keşişlərin demokratiyadan danışmaqlarına baxın. Sən demə, bunların səsi “ədalətin səsi” imiş, bilən də yox.
Sanmayın ki, avqustun 9-da Paşinyanla eyni gündə Vaşinqtona gedən II Qaregin sülh sazişinin imzalanması mərasiminə qatılıb. Xeyr, guya xəstəlikdən müalicə məqsədi ilə getdiyi deyilir və o, bir həftə orada hansı işlərlə məşğul olması barədə heç bir məlumat sızdırmayıb. Ən çox ehtimal olunan odur ki, ABŞ-dakı erməni diasporunun, ermənipərəst senator və konqresmenlərin köməyi ilə postunu qorumağa ümid bağlayıb. Şübhəsiz ki, orada Paşinyandan qeybət də edib. Ancaq inandırıcı deyil ki, kimsə bir keşişin mənafeyi üçün Ermənistanla münasibətini korlasın.
Oğru, nökər, qatil, qorxaq, binamus daşnak babalarından böhtan atmağı, yalan danışmağı və digər yaramaz əməlləri törətməyi özünə peşə edən mağara adamlarından artıq heç nə gözləmək olmaz. Keşişlər hələ üç yüz il əvvəldə qalıblar. Onları iyirmi birinci əsrin reallıqları, siyasi kataklizmlər, dünyada baş verən təhlükəli meyillər, gözlənilməz gurultulu hadisələr də oyandıra bilmir. Belə görünür ki, mağara təfəkkürlü barbarlar ətraflarında baş verənləri anlamamış cəhənnəmə vasil olacaqlar.
Vəli İlyasov, “İki sahil”