19 avqust 2025 09:43
100

Gəncədə avtomobil idarəetmədən çıxıb - sürücü ölüb

Gəncədə ağır yol-nəqliyyat hadisəsi olub.

Qəza Vaqif küçəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetməni itirərək yoldan çıxıb. Nəticədə Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda ölüb.

AZƏRTAC