19 avqust 2025 12:32
85

"Qalatasaray" onu transfer etmək istəyir

İstanbulun "Qalatasaray" Moskvanın CSKA klubunun yarımmüdafiəçisi Matvey Kislyakı almaqda maraqlıdır.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin “Fotomac” idman qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Qalatasaray" rəhbərliyi futbolçu üçün rəsmi təklif hazırlayır və "yaxın vaxtlarda vəziyyətə aydınlıq gəlməsi gözlənilir". "Fotomac "yazır ki, 20 yaşlı Kislyak tarazlı oyun tərzi və meydanda yetkin davranışı ilə Türkiyə komandasının məşqçilər korpusunu özünə cəlb edib.

Matvey Kislyak CSKA-nın yetirməsidir. O, komandanın heyətində müxtəlif turnirlərdə 50 oyun keçirib, altı qol vurub və dörd məhsuldar ötürmə edib.

Klubun tərkibində yarımmüdafiəçi Rusiya kubokunu və Superkubokunu qazanıb. Transfermarkt portalı Kislyakın bazar dəyərini 8 milyon avro qiymətləndirir.