19 avqust 2025 13:58
107

Amerika qitəsində yeni VİRUS YAYILIB

Pan Amerika Səhiyyə Təşkilatı bildirir ki, 2025-ci ilin əvvəlindən Amerika qitəsi ölkələrində 12,7 mindən çox Oropuche virusuna yoluxma halı qeydə alınıb. İnfeksiya regionun 11 ölkəsində aşkarlanıb, ən çox yoluxma Braziliyadadır.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Təşkilatın məlumatına görə, yanvarın 1-dən iyulun 27-dək Braziliyada 11 888 yerli virusa yoluxma halı qeydə alınıb. Panamada (501), Peruda (330), Kubada (28), Kolumbiyada (26), Venesuelada (5) və Qayanada (1) əhəmiyyətli dərəcədə daha az hal qeydə alınıb.

Təşkilat bildirir ki, infeksiyanın yayılmasının artması iqlim dəyişikliyi, meşələrin qırılması və urbanizasiya ilə bağlıdır. Bütün bunlar virusun daşıyıcısı olan həşəratların sayının artmasına səbəb olur. Pan Amerika Səhiyyə Təşkilatı  epidemioloji nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. Çünki xəstəlik üçün peyvənd və ya spesifik müalicə hələ mövcud deyil.