20 avqust 2025 10:33
143

Azərbaycan UEFA reytinqində neçəncidir?

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ötən gecə Macarıstanda "Ferensvaroş"a qalib gəlib - 3:1. Bununla Ağdam klubu ölkə aktivinə 0,500 əmsal əlavə edib. 

Hazırda Azərbaycan 19.500 əmsalla sıralamada 28-cidir. 27-ci pillədəki Ukraynanın 19.725 əmsalı var. 

Siyahıya 90.839 əmsala İngiltərə liderlik edir.

Qeyd edək ki, "Qarabağ"la "Ferensvaroş" arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.