21 avqust 2025 12:20
106

KXDR-in gizli bazası haqqında məlumat yayılıb

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi Çinlə sərhəddən 30 km aralıda Şimali Koreyanın gizli hərbi bazasını aşkarlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə məlumat verəm Bloomberg yazır ki, bazada ABŞ və Şərqi Asiya üçün potensial təhlükə yaradan uzaqmənzilli raketlər yerləşir.

The Wall Street Journal da tədqiqatçıların hesabatına istinadla bu barədəd məlumat yayıb. Bildirilir ki, baza hələ 2004-cü ildə tikilib və 10 il sonra fəaliyyətə başlayıb. Obyektdə nüvə başlıqları daşıya bilən bərk yanacaqlı qitələrarası ballistik raketlər yerləşir. Bu cür raketlər sürətlə atılır, buna görə də hücumu əvvəlcədən izləmək çox çətindir.

Avqustun 19-da Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə proqramını sürətlə genişləndirməyə çağırıb. O, bu strategiyanı ABŞ və Cənubi Koreya arasında birgə hərbi təlimlər başlayandan sonra təqdim edib.